Valyuta
+994(50) 200-42-40
Bakı/Mərdəkan
info@bagim.az

Mərdəkanda 15 sotda möhtəşəm villa

Özəlliklər

  • Azərsu
  • Filterli Hovuz
  • İnternet
  • Kombi
  • Kupça
  • Mebel
  • Qaz Xətti
  • Təmirli

Ətraflı

▼ SATIŞDA OLAN VILLA Mərdəkan qəsəbəsində prestijli ərazidə 15 sot torpaqdan ibarət olub, tikilinin ümumi sahəsi 931 m² dir. Rəsmi sənədli çıxarışı var, daimi su, qaz və işıqla təchiz olunmuşdur. Söhbətgah 41 m², avtodayanacaq 88 m², mühafizə evi 67 m², relax zona 16 m², su ehtiyat anbarı 10 m³, hovuz 7.2 x 9.8 m-dir.

✔Hər mərtəbəsində modern planlaşdırmanın toxunuşlarını hiss edəcəyiniz, futuristik detallarıyla həyat prioritenin önəmini vurğuladığımız villamızı təqdim edirik! Tutqun işıqlandırması sayəsində mistik ab-hava yaratmaqla yanaşı, terrasdan dənizi birbaşa izləmək fürsətini də sizə qazandıracaqdır.

✓Tikinti prosesində keyfiyyətli və brend materiallardan istifadə olunmuş layihənin aşağı mərtəbəsində 1 yataq otağı, ümumi sanitar qovşaq, geniş zal və mətbəx, iş otağı, camaşırxana və qazanxana, yuxarı mərtəbəsində isə 4 yataq otağı mövcuddur. Yataq otaqlarının hər biri sanitar qovşaqla əhatə olunub. Bundan əlavə, aşağı mərtəbənin tamamı uzaqdan idarə oluna bilən isti döşəməylə təchiz olunub.

Təhlükəsizliyi və rahatlığı təmin etmək adına ağıllı ev sistemlərindən istifadəyə üstünlük verilib. Belə ki, onlayn müşahidə vasitəsilə evinizin təhlükəsizliyinə tam nəzarət edə biləcəksiniz.

Layihənin xarici planlamasına nəzər salsaq, görərik ki, həyət ətrafı dekorativ ağaclarla bəzədilmiş və elektron suvarma sistemiylə təchiz olunmuşdur. İsti döşəmə sistemi quraşdırılmış yay mətbəxi, mühafizə evi, texniki otaq, bir hissəsi şüşədən ibarət olan hovuz, 10 m³-lik ehtiyat su anbarı və son olaraq, biri açıq, ikisi qapalı olmaqla, 3 maşınlıq avtodayanacaq yerləşir. Qeyd edək ki, darvaza qapısı da uzaqdan idarə oluna bilir.

Bagim.Az

daha ətraflı zəng edin.
+994502004240

Qiymət başlanğıcdır.

 

Название: Вилла Modern
Расположение: Баку / Мардакян
Тип: Современный /
Спальни: 6
Ванные: 6
Размер Участка: 15сотки.
Площадь дома: 945м2
Построен: 2022г.

Name: Villa Modern Style
Location: Baku / Mardakan
Type: Modern Contemporary
Bedrooms: 6
Bathrooms: 6
Size:land 1500m2
House size: 945m2
Built: 2022

Rovshan Mcidzade

📞 +99450 200 42 40

 

  • ID: 36065
  • Yüklənmə tarixi: 03.06.2022
  • Dəyişilib: 15.12.2023
  • Baxış sayı: 777
Bizimlə əlaqə
WhatsApp-a göndər